15 mart 2025 14:41
101

Millət vəkili şəhid ailəsini ziyarət etdi

YAP-çı deputat Anar Məmmədov Tərtər rayonunda şəhid Məmmədov Elman Bəhmən oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

“İki sahil” xəbər verir ki, görüş zamanı tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır.

Şəhidin ailə üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlıqlarını bildirmişdirlər.

Onu qeyd edək ki, Elman Məmmədov 03 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Məmmədov Elman Bəhmən oğlu 44 günlük Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif olunub.