15 mart 2025 15:38
257

Qubada Novruz bayramı ərəfəsində kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib 

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərinin Heydər Əliyev prospektinin “Quba meydanı” parkının qarşısındakı hissəsində Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası keçirilir. Satışa çıxarılan məhsulların qiymətlərinin mövcud bazar qiymətlərindən xeyli ucuz olduğu bildirilib.

Bir ilk olaraq, Quba rayonu ərazisindəki Tüləkəran bələdiyyəsinin balansında  "Tüləkəran təmiz kənd" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub, keçi təsərrüfatı yaradılıb. Bu təsərrüfat regionda ilk olmaqla, hal-hazırda fəaliyyət göstərir. 105 baş SANNY ana keçi sortundan təşkil olunub. Əsas məqsədi əhalinin məşğulluğunun təşkili və bələdiyyənin dayanıqlı maliyyə vəsaitinin yaradılmasıdır. Bu barədə yarmarkada iştirak edən Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov məlumat verib.

Satıcılar və alıcıların da məlumatına görə, məhsullar ucuz qiymətə satılır. Yarmarkada Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Yarmarka 15-16 Mart 2024-cü il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində fəaliyyət göstərəcəkdir.

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün