15 mart 2025 18:14
91

ABL: "Sabah" "Abşeron"a qalib gəlib

Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, A qrupunda "Sabah" "Abşeron" kollektivinə 99:64 hesabı ilə qalib gəlib.

Görüş "Sərhədçi" İdman Mərkəzində reallaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" isə "Ordu"nu 95:84 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.