ABŞ administrasiyası terrorçulara dəstək aksiyalarında iştirak etdiklərinə görə xarici vətəndaşlara viza verməkdən imtina etmək və mövcud giriş sənədlərini ləğv etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“Hər şey çox sadədir. ABŞ prezidenti Donald Tramp keçmiş administrasiya rəhbəri Cozef Bayden deyil. Əgər siz ABŞ-yə terrorizmi dəstəkləyən iğtişaşlara qoşulmaq üçün gəlirsinizsə, sizə viza verməkdən imtina edəcəyik. Əgər gizli yolla ölkəmizə daxil olduqdan sonra bunu etsəniz, vizanızı ləğv edib sizi evinizə göndərəcəyik”, - Rubio bildirib.