15 mart 2025 23:23
81

Trampın əmrindən sonra ordu husilərin mövqelərini bombalamağa başlayıb

ABŞ Prezidenti Donald Tramp orduya Yəməndə fəaliyyət göstərən husilərə qarşı əməliyyatlara başlamaq barədə əmr verib.

“İki sahil” xəbər verir ki, bu barədə o, “Truth Social” hesabında bildirib.

Onun sözlərinə görə, husilər Amerikanın və digər dövlətlərin gəmilərinə, təyyarələrinə qarşı terror kampaniyası aparıblar:

“ABŞ bayrağı altında olan ticarət gəmisinin Süveyş kanalı, Qırmızı dəniz və ya Ədən körfəzindən təhlükəsiz şəkildə keçməsindən bir ildən artıq vaxt keçir. İran tərəfindən maliyyələşdirilən Husi quldurları ABŞ təyyarələrinə raket zərbələri endirib, bizim qoşunlarımızı və müttəfiqlərimizi hədəfə alıblar. Bu hücumlar ABŞ və dünya iqtisadiyyatına milyardlarla dollara başa gəlib, eyni zamanda, günahsız insanların həyatını riskə atıb”.

Əmrdən sonra ABŞ ordusu Yəməndə husilərin nəzarətində olan hədəflərə hava zərbələri endirib. Husilərə məxsus “Al Masirah” telekanalı paytaxt Səna şəhərinə zərbələr endirildiyini bildirib.