16 mart 2025 13:58
122

Bu gün London derbisi var

Bu gün İngiltərə Premyer Liqasında 29-cu tura yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, son oyun günündə 3 görüş keçiriləcək.

İlk olaraq turun mərkəzi matçı başlayacaq. "Arsenal" öz meydanında "Çelsi" ilə qarşılaşacaq. London derbisi  Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Digər oyunlarda "Tottnhem" "Fulhem"in, "Mançester Yunayted" isə "Lester"in qonağı olacaq.

16 mart

İngiltərə Premyer Liqası, 29-cu tur

17:30. "Arsenal" – "Çelsi"

17:30. "Fulhem" – "Tottenhem"

23:00. "Lester" – "Mançester Yunayted"

Hazırda turnir cədvəlinə 70 xalla "Liverpul" başçılıq edir. "Arseanla" 55 xalla 2-ci, "Nottingem" 54 xalla 3-cü, "Çelsi" 49 xalla 4-cü, "Mançester Siti" 48 xalla 5-ci pillədə qərarlaşıb.