17 mart 2025 01:01
124

ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb

ABŞ-ın “Ənsar Allah” üsyançı hərəkatının nəzarətində olan Yəmən ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb, azı 98 nəfər yaralanıb.

İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Husi hökumətindəki nümayəndəsi Anis əl-Əsbahi məlumat verib.

“Martın 15-də Amerikanın mülki əhaliyə endirdiyi zərbələr nəticəsində 53 nəfər həlak olub, 98 nəfər yaralanıb”, - deyə əl-Əsbahinin X-dəki səhifəsində dərc olunan məlumatda qeyd edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”