17 mart 2025 02:02
125

BMT ABŞ-nin Yəmənə zərbələrindən narahatdır

BMT ABŞ-nin Yəmənin “Ənsar Allah (Husilər) hərəkatının nəzarətində olan ərazilərinə zərbələr endirməsindən narahatdır və bütün tərəfləri hərbi fəaliyyəti dayandırmağa çağırır.

“İki sahil” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin jurnalistlərə yaydığı bəyanatda deyilir.

"ABŞ-nin Yəmənin husilərin nəzarətində olan bölgələrinə çoxsaylı zərbələr endirdiyini və bunun ölənlər və yaralananlarla nəticələnməsini narahatlıqla qeydə alırıq. Biz həmçinin husilərin Qırmızı dənizdə gəmiçiliyə hücumları davam etdirməsi ilə bağlı təhdidlərdən də narahatıq", - bəyanatda bildirilir.

Beynəlxalq təşkilatdan həmçinin qeyd olunub ki, hər hansı növbəti gərginlik regional gərginliyi daha da gücləndirə, Yəmən və (Yaxın Şərq) regionunda sabitliyi daha da poza, ölkədə onsuz da ağır olan humanitar vəziyyətə ciddi təhlükə yarada biləcək yeni cavab tədbirləri həyata keçirə bilər.