17 mart 2025 12:32
116

Bürclər və gündəlik həyatlar...

Qoç (21 Mart – 19 Aprel):

Enerjili və hərəkətə meyilli Qoçlar günə yüksək motivasiya ilə başlayır, dərhal fəaliyyətə keçirlər. Gündəlik planlarını sürətlə yerinə yetirirlər və həmişə yeni məqsədlərə doğru irəliləmək üçün çalışırlar.

Buğa (20 Aprel – 20 May):
Buğa bürcləri səbirli, praktiki və zəhmətsevər insanlardır. Onlar günə sakit və nizamlı başlayırlar, gündəlik işlərini planlı şəkildə yerinə yetirirlər. Gün ərzində iş yerində diqqət və təmkinlə hərəkət edirlər, hər şeyin qaydasında olmasını istəyirlər. Buğa bürcləri ətraf mühitin rahatlığına və gözəlliyinə çox diqqət edirlər, buna görə də axşamları evdə rahatlanmağa, yaxşı bir yemək hazırlamağa və ya sevdikləri ilə vaxt keçirməyə üstünlük verirlər.

Əkizlər (21 May – 20 İyun):
Çox yönlü və maraqlı Əkizlər gündəlik həyatlarında dəyişiklikləri və yenilikləri sevirlər. İdeyalarla dolu başlayırlar və işlərində həm yenilikçi, həm də kommunikativ olurlar.

Xərçəng (21 İyun – 22 İyul):
Xərçənglər ailə və ev işlərinə çox diqqət yetirir. Onlar səhər ailə üzvləri ilə vaxt keçirməyi, evin rahatlığını təmin etməyi sevirlər. Gün ərzində isə iş yerində insanlara yardım etməyə və harmoniya yaratmağa çalışırlar.

Şir (23 İyul – 22 Avqust):
Şirlər özlərini lider və təşəbbüskar hiss edirlər. Günə enerji ilə başlayır, məqsəd qoymaq və uğur qazanmaq üçün planlar qururlar. Axşam saatlarında isə sosial fəaliyyətlər və dostlarla görüşlər onları motivasiya edir.

Qız (23 Avqust – 22 Sentyabr):
Qızlar mükəmməlliyə can atırlar. Onlar işlərini çox diqqətli və təşkilatlı şəkildə yerinə yetirirlər, detallara önəm verirlər və hər şeyin düzgün olmasını istəyirlər.

Tərəzi (23 Sentyabr – 22 Oktyabr):
Tərəzilər harmoniya və balans axtarırlar. Günə sakit və dinc başlayır, işlərini düzgün və hərtərəfli düşünərək görürlər. Onlar sosial əlaqələrdə çox fəaldırlar və axşamları dinclik üçün özlərinə zaman ayırırlar.

Əqrəb (23 Oktyabr – 21 Noyabr):
Əqrəblər çox dərin və emosionaldırlar. Onlar gündəlik həyatlarında məqsədyönümlü və ciddi yanaşırlar. Gün ərzində öz daxili aləmlərində qalmağa üstünlük verirlər və işlərində diqqətlidirlər.

Oxatan (22 Noyabr – 21 Dekabr):
Oxatan bürcləri optimist və sərbəst ruhludur. Onlar günə sevinc və enerji ilə başlayır, geniş üfüqlərə doğru hərəkət etməyi sevirlər. Oxatanlar yeni təcrübələrə açıqdırlar və gündəlik həyatda çox vaxt hərəkətə keçirlər. İş yerlərində də yeni ideyalar irəli sürmək və liderlik etmək üçün çalışırlar. Axşamları isə dostlarla və ya digər maraqlı insanlarla görüşmək onlar üçün çox əhəmiyyətlidir.

Oğlaq (22 Dekabr – 19 Yanvar):
Oğlaqlar çox məqsədyönlü və çalışqan insanlardır. Günə əvvəlcədən müəyyən etdikləri planla başlayırlar. İşləri düzgün və effektiv şəkildə yerinə yetirirlər. Axşamları isə ailə ilə vaxt keçirməkdən zövq alırlar.

Dolça (20 Yanvar – 18 Fevral):
Dolçalar yeniliklərə maraq göstərən və müstəqil düşüncəyə sahib insanlardır. Onlar hər gün yeni ideyalarla gəlir və müxtəlif sahələrdə yenilikçi yanaşmalar tətbiq edirlər. Axşamları sosial fəaliyyətlərə qatılmaq istəyirlər.

Balıqlar (19 Fevral – 20 Mart):
Balıqlar duyğusal olaraq dərin hiss edirlər və gündəlik fəaliyyətlərini ruhsal ehtiyaclarına uyğun təşkil edirlər. Sakit bir şəkildə başlayır, yaradıcı fəaliyyətlərə vaxt ayırırlar. Axşam saatlarında isə meditasiya və sənətə vaxt ayırmaq onları rahat hiss etdirir. ("Burclar.net")

Mələk Şixməmmədova,
BSU-nun tələbəsi