17 mart 2025 16:47
123

Yanvarda 352-si əkiz, 12 üçəm doğulub

İlin ilk ayında Azərbaycanda 8 min 557 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 9,7-dən 9,9-a qədər artıb.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 54,6, qız uşaqlarının xüsusi çəkisi isə 45,4 faiz təşkil edib. Körpələrin 352-si əkiz, 12-si isə üçəm doğulanlardır.

Yanvar ayında ölkədə 5 min 727 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici 6,4-dən 6,6-ya qədər artıb.