12-17 mart 1995-ci ildə daxili və xarici bədxahların dövlət çevrilişlərinə cəhdlərinin qarşısını alan, İkinci Qarabağ müharibəsindəki Zəfəri ilə həmrəyliyini təsdiqləyən xalqımız dəmir yumruq ətrafında daha sıx birləşib
Azərbaycanın dövlətçilik tarixində, xüsusilə ötən əsrin sonlarında çətin anlar çox olub. Amma xain qüvvələrin cidd-cəhdinə baxmayaraq xalqımız bütün sınaqlardan qətiyyətlə çıxıb, azadlığı, müstəqilliyi uğrunda mübarizədə özünəməxsus qəhrəmanlıq göstərib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev respublikada gedən bütün prosesləri xalqın istədiyi məcraya yönəldərək insanlırın sağlam mövqe tutmasına nail oldu. Xalqı özünə dayaq hesab edən, Azərbaycanı demokratiya yolu ilə irəliyə aparan müdrik siyasətçi Heydər Əliyevin müstəqilliyimizin əbədi olması naminə göstərdiyi fədakarlıq daxili və xarici düşmənlərimizi narahat edirdi.
1990-cı illərin əvvəllərində zor gücünə hakimiyyətə gəlsə də, ölkədə xaos yaradan, iqtisadiyyatı iflic vəziyyətinə salan səbatsız «itqtidarlar» hər vasitə ilə xalqın sevimlisi Heydər Əliyevə qarşı təxribatlar törətməkdə davam edirdilər. Min cür dona girərək, siyasi oyunbazlıq edərək, xarici havadarlarının istəklərinə uyanlar xalqı ucuruma aparmaq istəyirdilər. O zaman bu xəyanətkarlar bir məsələdə yanıldılar. Unutdular ki, onların qarşısında Heydər Əliyev kimi dünya şöhrətli siyasi xadim, bütün siyasi fəaliyyətini xalqdan güc alaraq davam etdirən dahi, böyük bir şəxsiyyət dayanıb.
…1992-ci il. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri işləyərkən iqtidarda olan AXC-Müsavat cütlüyünün xaincəsinə düzənlədiyi xəyanətkarlığı, təşkil edilən dövlət çevrilişi cəhdlərini daim arxalandığı xalqın gücü, birliyi və qətiyyəti ilə dəf etdi. «Naxçıvanda dövlət çevrilişi cəhdi də olmuşdur. Biz bunu yaxşı xatırlayırıq. Bu, yaxın tarixdir. Ancaq yenə də Ulu Öndərin qətiyyəti, müdrikliyi, cəsarəti, naxçıvanlıların ona olan inamı bu ağır sınaqdan çıxmaq üçün bizə imkan yaratdı» söyləyən Prezident İlham Əliyev yaxın keçmişimizdə baş verən hadisələri xatırladır.
2-4 oktyabr 1994-cü il. O vaxt respulikanın baş naziri olan Sürət Hüseynovun dövlət çevrilişlərinə cəhdləri baş tutmasa da AXC-Müsavat səbatsızlarının hakimiyyətə qayıtmaq hərisliyi sönməmişdi. S.Hüseynovun hələ də vəzifədə olan tərəfdarları baş tutmayan mənfur niyyətlərini «başa çatdırmaq» üçün iyrənc planlarını 1995-ci il, 12-17-mart hadisələri zamanı həyata keçirməyə çalışırdılar. Amma Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin əbədi olması naminə apardığı mübarizəyə qısqanclıqla yanaşanların cəhdləri növbəti dəfə də iflasa uğradı. «Cavadov qardaşları»nın xəyanətləri, dövlət çevrilişlərinə cəhdin qarşısı Heydər Əliyev - xalq birliyi ilə alındı. Bakıda və respublikanın bir neçə rayonunda iğtişaşlar törədən Xüsusi Təyinatlı Polis Dəstələrinin (XTPD) üzvləri xarici emissarlarının təlimatlarına uyğun ölkədə qiyam qaldırdılar. Xalqa həmişə düzgün yol göstərən, arxa, kömək olan Ümummilli Lider Heydər Əliyevin müdrikliyi sayəsində növbəti dəfə vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, Azərbaycan bu sınaqdan da mətanətlə çıxdı.
Martın 13- dən 14-nə keçən gecə həmin silahlı dəstə öz niyyətini yerinə yetirmək - yəni, Tovuz, Gəncə bölgələrini zəbt etmək üçün Tovuzdakı hərbi hissəyə hücum etdi.
Baş verən hadisələr ətrafında aparılan araşdırmalardan məlum oldu ki, bəzi xarici dövlətlərin maraqlarına uyğun olaraq Azərbaycan dövlətçiliyinə qəsddə alətə çevrilən «xüsusi təyinatlıların» əksəriyyəti qiyamın əsl mahiyyətindən belə xəbərsiz olub. Onlar kor- koranə oktyabr və mart hadisələrinin «hərəkətverici və aparıcı» siması hesab etdikləri rəhbərləri Rövşən və Mahir Cavadov qardaşlarının əmrlərini yerinə yetirirdilər. Lakin müdrik siyasətçi Heydər Əliyev mart qiyamı zamanı subut etdi ki, xalqa arxalanan həqiqi dövlət başçısı, müdrik siyasətçi dövlətçiliyi qorumağa qadirdir. 2003-cü ildə kecirilən prezident seçkilərində «köhnə taktika və strategiyalarını» bir daha sınaqdan çıxarmaq istəyən qüvvələr 16 oktyabr iğtişaşlarını törətsələr də nəsibləri yenə də uğursuzluq oldu. 1992, 1994, 1995-ci illərdə törədilmiş hadisələr zamanı Azərbaycanın dövlətçiliyini qoruyan Ulu Öndər Heydər Əliyevin siyasəti qalib gəldi. «Həyatımın mənasını xalqıma xidmətdə görürəm» deyən dahi şəxsiyyət Heydər Əliyev siyasi kursunun əbədi olmasını istəyən xalq demokratiyanın tələblərinə uyğun keçirilən seçkilərdə dövlət başçısı seçilən Ulu Öndərin özü qədər inandığı Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Seçicilər İlham Əliyevə etimad göstərməklə xalqa qarşı çıxan radikallara etirazlarını bir daha bəyan etdilər. İqtidar-xalq birliyini əks etdirən seçkilərdə Prezident İlham Əliyevin qazandığı qələbə Azərbaycanın dövlət müstəqilliyinin sarsılmazlığına əbədi möhür vurdu.
Seçimində yanılmadığını bildirən xalq Prezident İlham Əliyevlə birlik nümayiş etdirdi. Radikal düşüncəli səbatsızların əksinə olaraq cənab İlham Əliyev xalqa heç zaman əsassız vədlər vermədi.
Özünün də qeyd etdiyi kimi, «Nəyin, necə nə vaxt» həyata keçiriləcəyini siyasi təcrübəsi ilə müəyyənləşdirən Prezident İlham Əliyevin sərəncamlarına əsasən regionların sosial -iqtisadi inkişafına dair Dövlət proqramlarının həyata keçirilməsi, aparılan siyasi-iqtisadi isalahatların uğurlu həlli ilə Azərbaycanın dünyada mövqeyini möhkəmləndirən cənab İlham Əliyev Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi qlobal enereji layihələrini gerçəkləşdirməklə ölkəmizin iqtisadi qüdrətini möhkəmləndirdi. Yaranan potensialdan məqsədyönlü istifadə nəticəsində ölkəmizin müdafiə qüdrəti möhkəmləndi. Ən müasir hərbi avadanlıqlarla təchiz olunan Silahlı Qüvvələrimizin hərbi arsenalı təkmilləşdirildi. Azərbaycan Silahlı Qüvvələrinin adı ən qüdrətli ölkələrlə eyni sırada yer aldı.
2003-cü ilin oktyabrında ilk dəfə dövlət başçısı kimi and içən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasətinin davam etdiriləcəyini bildirməklə Ermənistanın işğalı altındakı torpaqlarımızı azad olunması üçün bütün imkanlardan istifadə olunacağını vurğuladı.
2020-ci ilin sentyabrında erməni silahlılaranın sərhəd bölgəsində törətdikləri təxribatlara cavab olaraq başlanan İknci Qarabağ müharibəsi xalqımızı bir məqsəd naminə birləşdirdi. 1992, 1994, 1995-ci illərdə törədilən qəsdlərin qarısını birliyi ilə alan, müstəqilliyimizin əbədiliyi naminə birləşən milyonlar torpaqlarımızı Ermənistanın işğalından qurtarmaq üçün bir nəfər kimi səfərbər oldular. Şəhər və kəndlərimizin, starteji yüksəkliklərin işğaldan azad edildiyi günlər dövlətçilik tariximizə Zəfər bayramları kimi yazıldı.
Bir vaxtlar «...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasıntikənlər. Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar.
Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir» söyləyən Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunu yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Xalqımızın qürur mənbəyi olan bu tarix yeganə olmadı. Xankəndidə Dövlət Bayrağımızı dalğalandıran Prezident İlham Əliyev Ermənistan üzərində Qələbəmizi xalqımızın sarsılmaz birliyi, rəşadəti, torpağına, elinə-obasına, yurduna sədaqəti adlandırdı. Ötən əsrin əvvəllərində Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələr xalqımızın rəşadətini etiraf etməli oldular. Avropa İttifaqı kimi digər anti-Azərbaycan qüvvələr, Fransa kimi islamofob dövlətlər ölkəmiz əleyhinə nə qədər təxribatlar aparsalar da yenə də xalqımızın mətanəti qarşısında məğlub olurlar. Milli mənsubiyyətlərini yadellilərə satan, anti-Azərbaycan dairələrə xidmət edən satqınlara qarşı barışmaz mövqeyini ortaya qoyan xalqımız bu gün Prezident İlham Əliyevin ətrafında daha sıx tellərlə birləşib. Bir zamanlar Vətənə xəyanət edənlərin tör-töküntüləri olan daxili düşmənlərimiz istəsələr belə niyyətlərinə çata bilməyəcəklər.
Prezident İlham Əliyevin xalqımızın iradəsini əks etdirən «Qarabağ Azərbaycandır və nida işarəsi» ifadəsi bütün qələbələrimizin rəmzinə çevrilib”. Azərbaycan Ordusu, xalqımız dünyaya subut etdilər ki, Qələbə, Zəfər Azərbaycanındır. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Xankəndi bizimdir, Ağdərə bizimdir, Xocavənd bizimdir, Xocalı bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Xuraman İsmayılqızı, «İki sahil»