17 mart 2025 19:04
118

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın səlahiyyətli orqanları tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Məmmədov Ramil Məhərrəm oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.

“İki sahil” xəbər verir ki,  bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

R.Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.