Hondurasda çoxlu sərnişini olan təyyarə qəzaya uğrayıb
Hondurasda içərisində 17 nəfərin olduğu kiçik təyyarə dənizə düşüb.
“İki sahil” xəbər verir ki, ilkin məlumata görə, 6 nəfər həyatını itirib.
Roatan qubernatoru Huqo Varela jurnalistlərə bildirib ki, Xuan Manuel Qalvez hava limanından Trujilyoya qalxan təyyarə havaya qalxdıqdan az sonra Roatan adasının sahillərində dənizə düşüb.
Varela axtarış-xilasetmə işləri nəticəsində indiyədək 6 nəfərin cəsədinin tapıldığını və qrupların işlərini davam etdirdiyini bildirib.
Yerli mətbuatın məlumatına görə, təyyarə dənizə çırpıldıqdan sonra alovlanıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”