18 mart 2025 11:13
119

Nazirliyin Aparatının rəhbəri Fuad Musayev şəhid Anar Məmmədovun ailəsini ziyarət edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Anar Məmmədovun ailəsini ziyarət edib. 

“İki sahil” xəbər verir ki,  Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Anar Məmmədov “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Görüşdə görüşdə şəhidlərimizin, o cümlədən şəhid Anar Məmmədovun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Dövlətimizin başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri qeyd edilib. Şəhid Anar Məmmədovun ailəsinin bundan sonra da hər zaman dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.  

Qeyd edək ki, şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq sosial ödənişlə təmin edilir, habelə ailə üzvünün məşğulluğuna da dəstək göstərilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!