Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən Novruz Bayramı münasibətilə ittifaq üzvlərinə və onların övladlarına bayram hədiyyələri təqdim edilib.
ATİAHİ-dən “İki sahil”ə verilən xəbərə görə, ittifaq üzvləri, onlara göstərilən diqqət və qayğıya görə AHİK və ATİAHİ rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Hədiyyələrin paylanması ittifaq üzvlərinin bayram əhval-ruhiyyəsini yüksəldib və həmrəyliyin əhəmiyyətini bir daha önə çəkib.
YAP Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Şəhid əmanəti” adlı tədbir keçirilib