18 mart 2025 13:18
97

Putinlə Trampın telefon danışığının vaxtı məlum olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı bu gün Moskva vaxtı ilə saat 16:00-18:00 arasında gözlənilir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, iki ölkə liderləri həm Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşmasını, həm də Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.