19 mart 2025 17:35
104

Culfada bayram şənliyi - FOTO

Xalqımızın milli-mənəvi varlığını özündə əks etdirən Novruz bayramı əsrlərdir ümumxalq səviyyəsində qeyd olunur. Suverenliyini bərpa etmiş ölkəmizdə bu il də bayram böyük coşqu ilə qeyd edilir. Bayram ərəfəsində Azərbaycanın hər yerində şənliklər, konsert və əyləncəli proqramlar təşkil olunur.

“İki sahil” xəbər verir ki,  bu münasibətlə Culfada da Rayon İcra Hakimiyyəti və Rayon Mədəniyyət Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Bayram şənliyində iadrə, müəssisələrin əməkdaşları ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edib.

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Mədəniyyət sarayında baş tutan tədbirin sonunda Novruz bayramının rəmzlərindən olan tonqal yandırıldı.