21 mart 2025 19:01
117

"Şençjou-19" ekipajı üçüncü kosmik səfərini uğurla tamamlayıb

Çinin “Şençjou-19” kosmik gəmisinin ekipajı üçüncü kosmos yürüşünü uğurla başa vurub.

“İki sahil” xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb. "Şençjou-19" taikonavt komandası kosmik gəmidən kənarda üçüncü fəaliyyətini uğurla həyata keçirdi", - məlumatda deyilir. Ekipaj lideri Çai Syudze bu günə qədər ən çox kosmos yürüşü edən taikonavt oldu.

“Şençjou-19” ekipajının orbitdə biologiya (meyvə milçəklərinin davranışının təhlili daxil olmaqla), fundamental mikroqravitasiya fizikası, materialşünaslıq, tibb və kosmik texnologiya sahələrində bir sıra elmi təcrübələr aparacağı gözlənilir.