22 mart 2025 18:57
488

AHİİTA-nın Novruz Bayramına Həsr Olunmuş Şahmat Üzrə Təsnifat Turniri başa çatdı

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Novruz Bayramına həsr olunmuş şahmat üzrə təsnifat turniri uğurla yekunlaşıb.

İki sahil”in məlumatına görə, 110 iştirakçının qatıldığı bu mötəbər yarışda şahmatçılar öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən sınaq yarışında ilk üçn yeriu müvafiq olaraq Mirzəzadə Əli, Əsədli Səma və Mustafa Tural, 4-cü dərəcə üzrə Rəhimov Murad, Əşrəfzadə Nihad və Rüstəmzadə Eyyub, 3-cü dərəcə üzrə Əzizli Rauf, Kazımlı Elmir və Paşayev Yusif, 2-ci dərəcə üzrə isə Nəcəfov Adil, Allahverdiyev Hüseyn və Mürvətova Nilufər tutublar.

Turnir çərçivəsində qaliblərə medal və diplomlar, dərəcə normativini yerinə yetirən iştirakçılara isə sertifikatlar təqdim olunub.