23 mart 2025 10:30
192

Zaqatala sakini evində yanıb

Zaqatala rayonunun Mazıx kənd sakini, 53 yaşlı Arzu Ömərovanın evində yanğın olub.

Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin məlumatına görə, gecə saatlarında baş verən hadisə yerinə texnika və canlı qüvvə cəlb edilib. Yanğın nəticəsində ev sahibi daxil əşyaları ilə birlikdə yanıb.

Yanğın lokallaşdırıldıqdan sonra meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanılıb.

AZƏRTAC