23 mart 2025 21:00
252

“Sağlamlığa Doğru Qaç!” – Hacıqabul mərhələsi uğurla yekunlaşdı!

TƏBİB, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə tibb işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” qaçış yarışının ilk mərhələsi uğurla baş tutdu!

İki sahil”in məlumatına görə, 6 regiondan olan tibb işçilərinin qatıldığı marafonda 250-dən çox tibb işçisi iştirak edib.

Yüksək əhval-ruhiyyə və mübarizə ruhu ilə keçən yarışda iştirakçılar final mərhələsinə vəsiqə uğrunda mübarizə apardılar.

Yarışdan ən maraqlı anları təqdim edirik!