Milli Məclisin deputatı Müşfiq Məmmədli bu gün Quba rayonunun Zərqova inzibati ərazi dairəsi (Zərqova, İsnov, Xaspolad, Aspərəsti, Qasımqışlaq, Cayqışlaq, Mahmudqışlaq, Kələnov, Qorxmazoba) kəndləri üzrə vətəndaşlarla növbəti görüşünü keçirib.
“İki sahil”in məlumatına görə, millət vəkili görüş zamanı vətəndaşların üzləşdiyi bir sıra problemləri müzakirə edib.
Məsələlərin bir qismi yerindəcə həllini tapdı, digərlərinin isə araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarına müraciət ediləcək.