Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş II Şahmat üzrə təsnifat turniri start götürüb.
“İki sahil” xəbər verir ki, 24, 25 və 26 mart tarixlərində keçiriləcək turnirdə iştirakçılar müxtəlif dərəcələr üzrə bacarıqlarını sınayacaqlar.
Bayramın ruhuna uyğun olaraq təşkil edilən bu turnir, gənc idmançılar arasında sağlam rəqabət mühitinin formalaşmasına və onların idman ustalıqlarının artırılmasına imkan yaradır.
Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 26Aünvanında təşkil olunan turnirin əsas məqsədi yeniyetmələrə yarış təcrübəsi qazandırmaq, onların şahmat biliklərini inkişaf etdirmək və yeni nəsil şahmatçıların formalaşmasına töhfə verməkdir.
Turnirdə iştirak edən bütün şahmatçılara uğurlar arzulayırıq!
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Belarusda keçirilən çempionatda Azərbaycan oxatanları parlaq qələbə qazanıblar