Azərbaycanlı FİFA hakimləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.
“İki sahil” xəbər verir ki, onlar aprelin 15-də Nikosia şəhərində keçiriləcək futzal üzrə Kipr – Almaniya matçını idarə edəcəklər. Qafarlı birinci, Cəbrayılov ikinci, Əmiraslanov isə üçüncü hakim olacaq.
Hakimlərimizin idarəçiliyini belçikalı hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.