İspaniya Hərbi Dəniz Qüvvələri NATO ilə birlikdə Kadis körfəzində "Dinamic Mariner/Flotex-25" hərbi dəniz təliminə başlayıb.
“İki sahil” xarici KİV-ə istinadla xəbər verir ki, təlimlər martın 24-dən aprelin 4-dək davam edəcək və bu ilin ən irimiqyaslı təlimləri olacaq.
Təlimlərdə 4 000-ə yaxın hərbçi, 30 gəmi, iki sualtı qayıq, təyyarə və desant bölmələri iştirak edir.
Tədbirdə NATO-nun doqquz ölkəsindən - İspaniya, ABŞ, Almaniya, Xorvatiya, Fransa, İtaliya, Yunanıstan, Portuqaliya və Türkiyədən hərbçilər iştirak edirlər.
İspaniya Hərbi Dəniz Qüvvələri qeyd edib ki, təlimlər dəniz qüvvələrinin imkanlarının həyata keçirilməsi, qiymətləndirilməsi və təhlili, eləcə də müxtəlif bölmələrin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.
"Nvidia" rəhbəri Qazaxıstanı fiziki süni intellektin qlobal mərkəzinə çevirməyi təklif edib
Parisdə 24 oktyabr aksiyası: həmkarlar ittifaqları prefekturanın yeni marşrut təklifini rədd edir
Fransada etiraz aksiyaları: LDH BMT-dən müşahidə missiyası, RSF isə jurnalistlərin müdafiəsini tələb edir
Polşa ABŞ hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayırmağı planlaşdırır