İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Anxel Mariya Vilyar 15 il həbs cəzası ala bilər.
“İki sahil” xəbər verir ki, bu barədə ölkənin "Marca" nəşri məlumat yayıb.
Ölkə prokurorları funksionerin bu müddətdə həbsini istəyiblər.
Vilyar vəzifə səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və 2007-2017-ci illər arasında bağlanmış müqavilələr üzrə vəsaitləri mənimsəməkdə ittiham olunub. Federasiyaya dəyən ziyan 4,5 milyon avro təşkil edib.
Müstəntiqlərin fikrincə, Villar vəzifəsindən oğlu Qorka Vilyarın maraqlarına uyğun gəlirli müqavilələr əldə etmək üçün istifadə edib. O, yoldaşlıq oyunları təşkil etmək üçün digər ölkələrin futbol federasiyaları ilə müqavilələr bağlayıb. Q. Vilya şirkəti vasitəsi ilə rəqibləri müəyyənləşdirib, bu da RFEF-yə maddi ziyan vurub.