UEFA “Real"ın dörd futboçusuna qarşı intizam işi açıb.
“İki sahil” qurumun rəsmi saytına istinadla xəbər verir ki, bunlar Kilian Mbappe, Vinisius Junior, Daniel Sebalyos və Antonio Rudigerdir.
UEFA bu futbolçuların Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyundakı davranışlarını araşdırır.
Bundan əvvəl mətbuatda "Atletiko"nun UEFA-ya müvafiq şikayət göndərdiyi barədə məlumatlar yayılmışdı. "Atletiko" UEFA-ya "Real"ın oyunçularının qeyri-etik davranışlarını əks etdirən 4 video təqdim edib. Videolarda xüsusilə Rudiger və Vinisiusun "Atletiko" azarkeşlərinə qarşı təxribat xarakterli jestlər etməsi əks olunub.
Xatırladaq ki, "Atletiko" - "Real" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin ilk görüşdə "Real" 2:1 hesablı qələbə qazandığı üçün əlavə vaxt oynanılıb. Bu zaman komandalar fərqlənə bilməyiblər. Penaltilər seriyasında isə "kral klubu" üstün olaraq mərhələ adlayıb - 4:2.
Milli komandaların məşqçiləri üçün Şamaxıda komandaqurucu təlim proqramı təşkil olunub
Avropa çempionatının beşinci günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb
Azərbaycan millilərinin növbəti rəqibləri Yunanıstan və Ermənistan komandaları olacaq
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var