04 aprel 2025 11:23
165

Türkiyədə hoteldə yanğın: 680-i təxliyə edilib

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda beşulduzlu hoteldə yanğın nəticəsində altı nəfər tüstüdən zəhərlənib.

“İki sahil” xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.

Bildirilib ki, hoteldəki 680 nəfər təxliyə edilərək başqa mehmanxanalara köçürülüb.

Məlumata görə, yanğın nəzarət altına alınıb.

Hotelin qazanxanasından başladığı ehtimal olunan yanğının səbəbi araşdırılır.