04 aprel 2025 11:44
171

Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək.

Bu barədə "İki sahil"ə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul aprelin 11-i saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda Lənkəran şəhəri, Lerik və Astara rayon sakinlərinin müraciətlərinə baxılacaq.