Aprelin 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə səfərdə olan Venesuela Bolivar Respublikası Milli Assambleyası sədrinin müavini, Venesuela-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri, Venesuela Vahid Sosialist Partiyasının Gənclər Təşkilatının üzvü Amerika Valentina Peres Davila ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Bəxtiyar İslamov YAP Gənclər Birliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, partiyanın Gənclər Birliyinin beynəlxalq əlaqələrindən bəhs edərək müxtəlif ölkələrin siyasi partiyalarının gənclər təşkilatları ilə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. B.İslamov bu səfərin iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Amerika Valentina Peres Davila Venesuela Vahid Sosialist Partiyasının Gənclər Təşkilatı haqqında ətraflı məlumat verərək Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə çoxşaxəli əməkdaşlığın qurulması istiqamətində birgə fəaliyyətə hazır olduqlarını bildirib. O, hər iki partiyanın gənclər təşkilatının beynəlxalq müstəvidə səmərəli işbirliyi imkanlarının olduğunu bildirib.
Görüşdə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib