05 aprel 2025 12:17
202

Gürcüstan DTX-yə yeni sədr təyin olunub

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) yeni rəhbər təyin olunub.

“İki sahil” xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze aprelin 5-də DTX-nin yeni rəhbəri Anri Oxanaşvilini kollektivə təqdim edib.

Hökumət başçısı deyib ki. A.Oxanaşvili bu vəzifənin öhdəsindən layiqincə gələcək.

Qeyd edək ki, bu təyinata qədər Anri Oxanaşvili Gürcüstanın ədliyyə naziri işləyirdi.