Özbəkistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova İsrail Knessetinin sədri Amir Ohana ilə görüşüb.
MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə bildirilib ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluq ifadə edilib. Xüsusilə iqtisadi-ticari, enerji sahəsində geniş əməkdaşlığın mövcud olduğu diqqətə çatdırılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolu xüsusilə qeyd olunub.
Söhbət zamanı qanunverici orqanlar arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına töhfələri barədə də fikirlər səsləndirilib. Qarşılıqlı səfərlərin, aparılan səmərəli dialoqun əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyi bildirilib.
Milli Məclisin spikeri Sahibə Qafarova ölkəmizdə mövcud olan və möhkəm əsaslara malik tolerantlıq və multikulturalizm ənənələri haqqında məlumat verib. Onun sözlərinə görə, ölkəmizdə digər icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasının nümayəndələri də sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma mühitində yaşayır. Azərbaycanlılarla yəhudilər arasında ənənəvi, tarixi dostluq münasibətləri mövcuddur.
Həmçinin, İsraildəki Azərbaycan diasporunun, İsraildə yaşayan yəhudi əsilli soydaşlarımızın da ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verdikləri diqqətə çatdırılıb.
İsrail Knessetinin sədri sülh, birgə yaşayış dəyərlərini qoruyub inkişaf etdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, İsrail ilə Azərbaycan arasında mövcud əlaqələrdən məmnunluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər