06 aprel 2025 16:08
154

Sərxoş sərnişin havada olan təyyarənin təcili çıxış qapısını açmağa çalışıb

Sərxoş sərnişin Malayziyanın paytaxtı Kuala Lumpurdan Avstraliyanın Sidney şəhərinə uçan təyyarənin təcili çıxış qapısını iki dəfə açmağa cəhd edib.

İki sahil” xəbər verir ki, ona mane olmağa çalışan ekipaj heyətinə hücum edən sərnişin saxlanılıb.

Avstraliya Federal Polisi (AFP) Kuala Lumpurdan Sidneyə gedən təyyarədə baş verən insidentlə bağlı açıqlama yayıb.

Qeyd edilib ki, 46 yaşlı sərnişin uçuş zamanı təyyarənin arxa hissəsindəki təcili çıxış qapısını açmağa çalışıb və kabin heyətinin müdaxiləsi ilə öz yerinə aparılıb.

Həmin sərnişin daha sonra təyyarənin ortasındakı təcili çıxış qapısını açmağa çalışıb və stüardessalar və sərnişinlər tərəfindən saxlandıqdan sonra aviaşirkətin əməkdaşına hücum edib.

Açıqlamada, təyyarə Sidneyə endikdən sonra qapını açmağa cəhd edən sərnişinin saxlanıldığı və “təyyarənin təhlükəsizliyini təhlükəyə atmaq və kabin heyəti üzvünə hücum etmək” ittihamı ilə 10 ilə qədər həbs oluna biləcəyi bildirilib.

“ABC News”un məlumatına görə, sərnişinin vəkili müvəkkilinin təyyarəyə minməzdən əvvəl yuxu dərmanı və spirtli içki qəbul etdiyini və hadisəni xatırlamadığını deyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”