Mərakeş Krallığı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığa önəm verir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, bunu Mərakeş Krallığının Müşavirlər Palatasının sədri Sidi Mohamed Ər-Rəşid Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycanın Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Görüşdə ölkələr və parlamentlər arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Mərakeş arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslandığı qeyd olunaraq, xüsusilə, siyasi sahədə əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılıb. Həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir, müxtəlif platformalarda bir-birinə qarşılıqlı dəstək göstərir.
Söhbət zamanı qarşılıqlı səfərlərin münasibətlərin genişlənməsində rolu vurğulanaraq, bu səfərlərin xalqlarımız arasında da əlaqələrin dərinləşməsinə töhfə verdiyi ifadə edilib.
Görüşdə ölkələrimiz arasında münasibətlərin dərinləşməsində parlamentlərin əməkdaşlığının mühüm rola malik olduğu qeyd edilib. S.Qafarova özünün Mərakeşə rəsmi səfərini məmnunluqla xatırlayaraq, bu kimi səfərlərin və təmasların münasibətlərimizə töhfə verdiyini bildirib. Tərəflər deputatlar, parlament komitələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları haqqında fikirlərini ifadə ediblər.
S.Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi haqqında geniş məlumat verərək, ölkəmizin sədrliyi ilə təşkilatın institusional əsaslarının gücləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.
Sidi Mohamed Ər-Rəşid ölkəsinin Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığa önəm verdiyini qeyd edərək, bu kimi platformaların beynəlxalq məsələlərin həllinə töhfələrini təqdir edib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib