Dələduzlar oxşar dizaynla tələ saytları, kredit təşkilatlarının saxta saytlarını yaradırlar.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
“Fişinq saytlarını ilk baxışdan orijinaldan ayırmaq çətindir, lakin bu mümkündür. Ünvanın https ilə başladığına əmin olun, domen adında hərflərə və rəqəmlərə diqqət etməlisiniz. Həmin saytların tələb etdiyi qaydaları ilə məbləğindən asılı olmayaraq onlayn ödəniş etsəniz şəxsi məlumatlarınız oğurlanacaqdır. Məsələn, "I" yerinə "1" və ya "o" hərfi yerinə "0" kimi aldatmalarının olub-olmadığını yoxlayın”, - E.Hacıyev qeyd edib.
Kənar Dairəvi yolda qəza olub, Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb
Xocavəndin Quzeyxırman, Güneyxırman, Şuşanın Kiçik Qaladərəsi kəndlərinə köç karvanları yola salınıb
Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq