07 aprel 2025 02:09
158

Netanyahu Qəzzadan atılan raketlərə sərt cavab verməyi əmr edib

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katza Qəzza zolağından İsrailin raket atəşinə tutulmasına qətiyyətlə cavab verməyi əmr edib.

“İki sahil” xəbər verir ki, bu barədə İsrailin baş nazirinin mətbuat xidməti bildirib.

"Baş nazir sərt cavab verməyi əmri edib və İsrail ordusunun Qəzzada HƏMAS-a qarşı intensiv əməliyyatlarının davam etdirilməsinə razılıq verib", - deyə qeyd olunub.

Qeyd edilib ki, Netanyahu aprelin 7-də baş nazirin prezident Donald Trampla danışıqlar aparacağı ABŞ-yə gedən təyyarədən İ.Katza zəng edib. Söhbət zamanı müdafiə naziri İsrailə raket hücumu barədə Nazirlər Kabinetinin rəhbərinə məlumat verib