08 aprel 2025 02:26
101

İnsultdan sonra beyin zədəsini bərpa edən dərman hazırlanıb

Rusiyalı alimlər insultdan sonra beyin zədəsini bərpa edən dərman hazırlayıblar. Kök hüceyrələr və onların ifrazat məhsulları, yəni sekretomlar kəskin zədələrdən sonra beyni stimullaşdırmaq üçün istifadə olunub. Moskva Dövlət Universitetinin Tibbi Tədqiqat və Tədris Mərkəzinin Regenerativ Tibb İnstitutunun baş elmi işçisi Maksim Karaqyaur bu barədə “Rossiya 24” telekanalının efirində danışıb. Onun sözlərinə görə, dərman hər növ insult zamanı istifadə oluna bilər.  Bu kəşf beyində qanaxma həcmini və nevroloji pozğunluqlar sahəsini azaltmağa qadirdir.

"İnsult və travmatik beyin xəsarətləri çoxkomponentli patoloji proseslərdir ki, bunlara beyin toxumasına qan tədarükünün pozulması, iltihabın inkişafı və beyin toxumasının ikinci dərəcəli zədələnmələri daxildir. Mövcud dərmanların heç biri belə kompleks effekt verməyə qadir deyil. Mezenximal stromal hüceyrələrinin sekretomu məhz belə bir kompleks effekti təmin etməyə qadirdir",-deyə mütəxəssis açıqlayıb.

Alim əlavə edib ki, dərman bütün növ patologiyalara qarşı işləyir və buna görə də həqiqətən ilk tibbi yardım vasitəsi ola bilər.

Nubar Süleymanova, “İki sahil”