Şanlı Qələbəmiz xalqımız üçün qürurlu 44 gün günlük döyüş, azadlıq, böyümə, yeni şəxsiyyətlərin yaranması baxımından fürsət oldu. İndi biz Qarabağ Universitetdəyik. Bundan yaxşı nə ola bilər. ADA Universitetini bugünkü konfransda təmsil etmək çox qürurvericidir.
“İki sahil” xəbər verir ki, bu sözləri ADA Universitetinin rektoru Hafiz Paşayev Xankəndidə yerləşən Qarabağ Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumundakı açılış nitqində deyib.
Hafiz Paşayev qeyd edib ki, bu konfrans iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. “Bu gün belə bir mötəbər tədbirin iştirakçıları olan bizim üçün çox önəmli gündür. Bu Forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Biz bu gün Azərbaycanımızın adına sevinirik, lakin mən həm də rəhbərlik etdiyim universitetin adına çox sevincliyəm”, - deyən rektor vurğulayıb ki, tədbirdə müxtəlif ölkələrdən olan nümayəndələr iştirak edir. Bu amil iştirakçı ölkələr arasında mühüm əlaqələr yaratmaq baxımından da çox önəmlidir.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir