Bu gün Azərbaycan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmiş akademik Məmmədbağır Əliyev bu əlamətdar hadisə ilə bağlı təəssüratlarını bölüşüb.
“İki sahil” xəbər verir ki, dünya şöhrətli onkoloq 70 illik yubileyi günündə bu xəbəri böyük sevinclə qarşılayıb.
O, qalib dövlətdən mükafat almağın ikiqat şərəfli olduğunu vurğulayıb.
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Azərbaycanın qalib statusunda olması bunu daha da sevincli edir”, – M.Əliyev bildirib.
Onun sözlərinə görə, təcrübəni bölüşmək çox vacibdir: “Bu gün Rusiyada 15 klinikada eyni üsulla əməliyyatlar aparılır. Biz Rusiyada, MDB-də ciddi komanda yaratmışıq. Azərbaycanda Cəmil Əliyev və Əhliman Əmiraslanovun da əla məktəbləri var. Biz vahid protokol əsasında, vahid komanda şəklində işləyirik”.
Qeyd edək ki, Məmmədbağır Əliyev azərbaycanlı və rusiyalı onkoloq-həkim, professor, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademikidir. O, Ümum-Rusiya Azərbaycan Konqresinin ilk prezidenti (2001 – 2016) olub. O həm də “Dostluq” ordeni sahibidir. (Report)
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir
Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
Prezident: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər