Amerikanın tətbiq etdiyi yeni rüsumlar Qazaxıstanın təxminən 100 milyon dollarlıq ixracına təsir edəcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Qazaxıtan baş nazirin müavini və iqtisadiyyat naziri Serik Jumanqarin bildirib.
"Rüsumlar Qazaxıstan ixracının yalnız 4,8%-nə təsir edəcək - təxminən 100 milyon dollar... Demək olar ki, iki milyard dövriyyədən bizim ixracımızın böyük hissəsi hazırda istisnalar təşkil edir. Orada xammal var: neft, uran, gümüş", - deyə, TASS onun sözlərini sitat gətirib.