Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 8 PUA Kubanda “Türk axını” qaz kəmərini enerji ilə təmin edən kompressor stansiyasına hücum edib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
"Aprelin 8-i saat 23:38-dən aprelin 9-u saat 01:26-dək Ukrayna Silahlı Qüvvələri Krasnodar diyarının Korenovski rayonundakı Korenovskaya kompressor stansiyasına səkkiz PUA-dan istifadə edərək hücum həyata keçirib. Bu kompressor stansiyası "Türk axını” ixrac qaz kəmərinin enerji təchizatını təmin edir. Stansiyaya heç bir ziyan dəyməyib - bütün pilotsuz təyyarələr vurulub"- deyə, məlumatda qeyd edilir.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın enerji infrastruktur obyektlərinə 4 dəfə hücum edib.