09 aprel 2025 18:48
249

Səbinə Xasayeva Biləcəri bələdiyyəsində vətəndaşları qəbul edib

11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva aprelin 9-da Binəqədi rayonun Biləcəri bələdiyyəsinin inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

“İki sahil” xəbər verir ki, deputat görüşdə seçicilərin müraciətlərini dinləyib,onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə  vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.

Qəbulda Binəqədi rayon  Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov iştirak edib.