10 aprel 2025 13:10
171

Rusiya və ABŞ arasında BƏƏ-də məhbus mübadiləsi həyata keçirilib

Rusiya və ABŞ bu gün səhər saatlarında Əbu-Dabidə məhbus mübadiləsi həyata keçirib.

“İki sahil” “The Wall Street Journal”a istinadla xəbər verir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff bildirib.

Moskva Vaşinqtona ABŞ və Rusiya vətəndaşı olan Kseniya Karelinanı təhvil verib. O, keçən il Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirmə ittihamı ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Öz növbəsində, ABŞ Almaniya və Rusiya vətəndaşı olan Artur Petrovu azad edib. O, 2023-cü ildə ABŞ-nin sorğusu əsasında mikroelektronika ixracına görə Kiprdə həbs edilmişdi.