ABŞ-nin rüsumlar vasitəsilə öz məqsədlərinə çatmaq cəhdləri uğursuzluğa məhkumdur, belə siyasət dünya iqtisadiyyatı üçün təhlükəlidir.
“İki sahil” “Global Times”a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan bu gün brifinqdə bildirib.
"Məsuliyyətsiz və qanunsuz hərəkətlər uğursuzluqla nəticələnəcək. Bir daha vurğulamaq istəyirəm ki, tarif və ya ticarət müharibəsində qalib olmayacaq", - o bildirib.
Nümayəndənin sözlərinə görə, ABŞ-nin tariflərdən istifadə etməsi digər ölkələrin hüquq və maraqlarına ziyan vurur, Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur, dünya ticarətini və qlobal iqtisadi nizamı dağıdır.
L.Tszyan əlavə edib ki, əgər Vaşinqton digər ölkələrin və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə almamağa davam edərsə, Çin sona qədər gedəcək.