Müasir dövrümüzdə həyat son dərəcə gərgin və sürətlidir. İş, ailə, gündəlik qayğılar və daim dəyişən informasiya axını fonunda stressin yaranması olduqca təbiidir. Lakin stressdən qurtulmaq düşündüyünüzdən daha asan ola bilər. Aşağıdakı 10 sadə, lakin güclü üsul sizə streslə mübarizədə kömək edəcək.
1. Dərindən nəfəs alın
Dərin nəfəs almaq gizli bir super güc kimidir. Burundan 4 saniyə ərzində yavaş-yavaş nəfəs alın, 4 saniyə saxlayın və 6 saniyə ərzində ağızdan buraxın. Cəmi 2-3 dəqiqə bu texnikanı tətbiq edin və təsirini dərhal hiss edin. Bu sadə üsul ürək döyüntüsünü yavaşladır, beyinə oksigenin axınını artırır və sizi sakitləşdirir.
2. Təbiətə çıxın
Sadəcə 5 dəqiqəliyinə belə çölə çıxmaq – eyvan, bina önü və ya ofisin yanına – böyük fərq yarada bilər. Gün işığı, təmiz hava və təbiət səsləri sinir sistemini sakitləşdirir, serotonini artırır və əhval-ruhiyyəni yaxşılaşdırır.
3. Bədəninizi rahatlayın
Stress zamanı bədən gərilir: çiyinlər sıxılır, çənə bərkidilir, boyun sərtləşir. Həll yolu – sadə gərilmə hərəkətləri. Qollarınızı yuxarı qaldırın, çiyinlərinizi fırladın və ya barmaqlarınıza toxunun. Bu, qan dövranını artırır, gərginliyi azaldır və beyinə təhlükə olmadığını bildirir.
4. İsti içki için
İsti içkilər – bitki çayı, limonlu su və ya fesleğen çayı – əzələləri boşaldır və ürək döyüntüsünü yavaşladır. Eyni zamanda sakitləşdirici bir ritual effekti verir. Kofeindən uzaq durun, xüsusilə də gərgin anlarda edin.
5. Musiqi dinləyin
Rahatladıcı bir musiqi parçaları stressi azaldır, beyin dalğalarına və ürək ritminə birbaşa təsir edir. Özünüz üçün xüsusi “rahatlıq çalğı siyahısı” yaradın və ehtiyac duyduqda qulaq asın.
6. Hisslərinizi yazın
Düşüncələriniz bir-birinə qarışıbsa, onları kağıza tökün. Sizi nə narahat edir, nə hiss edirsiniz, nə istədiyinizi yazın. Bu, beyninizi təmizləyir və hisslərinizi idarə etməyə kömək edir.
7. Gülüş ən yaxşı dərmandır
Hətta süni gülüş belə beyni aldadaraq endorfin ifrazını artırır. Komik bir video izləyin, zarafat xatırlayın və ya sadəcə gülümsəyin. Bu, əhvalınızı yaxşılaşdıracaq.
8. Soyuq su ilə üzünüzü yuyun
Stress və panika zamanı soyuq su ilə üzünüzü yumaq sinir sisteminizə “reset” təsiri göstərir. Bu üsul sizi hazırki anla əlaqələndirir və beyninizi sakitləşdirir.
9. 5-4-3-2-1 texnikası
Bu sadə texnika sizi indiki vaxta qaytarır: gördüyünüz 5 şey, toxunduğunuz 4 şey, eşitdiyiniz 3 səs, qoxuladığınız 2 şey və dadını aldığınız 1 şeyi qeyd edin. Beyni reallığa “dəmirləyən” güclü vasitədir.
10. Rəqəmsal detoks edin
Telefonu bir kənara qoyun və ekranlardan az da olsa uzaqlaşın. 10 dəqiqəlik fasilə belə diqqəti bərpa edir, stress hormonlarını azaldır və zehni sakitləşdirir.
Həyatın sürətinə baxmayaraq, bir anlıq dayanmaq və özünüzə qayğı göstərmək, stressi idarə etməyin ən təsirli yoludur.
Fidan Fərmanlı
BSU-nun tələbəsi
Mənbə: NTV Türkiyə