13 aprel 2025 10:29
465

Qubanın Güləzi kəndində torpaq sürüşməsi yenidən aktiv mərhələyə keçib

Ərazidə aktivlik hələ də qalmaqdadır

Qubanın Güləzi kəndində torpaq sürüşməsi yenidən aktiv mərhələyə keçib.
"İki sahil" Şimal bölgəsindən xəbər verir ki, son vaxtlar yağan aramsız yağıntılar dağlıq ərazidə yerləşən Güləzi kəndində torpaq sürüşməsinə səbəb olub. Sürüşmə zonası kəndin yamac hissəsində baş verib. Təqribən dərinliyi 2-3 metr olan 65 metr uzunluğunda və 25 enində ərazidə torpaq çöküb. Sakinlərə məxsus həyatyanı sahələr, yardımçı tikililər uçub. Ərazidə olan yeganə təhsil müəssisəsinə aparan yolun bu hissədən keçən hissəsinə torpaq axaraq yolu kəsib. Bu yoldan ətraf kəndlərin sakinləri də istifadə edirlər. Yolu bağlayan torpaq qatı gediş-gəlişi məhdudlaşdırıb. Torpaq qatı həmçinin, kəndin əsas gediş-gəliş yolunu da  bağlayıb. Hal-hazırda, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin texnikası cəlb olunub, yolun təmizlənmsi işləri həyata keçirilir. Hal-hazırda, ərazidə topraq sürşüməsi aktivdir, kənddə 25 evdə yaşayış davam edir.
  Əraziyə Fövqaladə Hallar nazirliyinin, Ekologiya və Təbii sərvətlər nazirliyinin, Quba rayon Fövqaladə Hallar komissiyasının nümayəndələri baxış keçirib, 11 saylı yol istisimarı MMC-nin texnikaları müvcus çətinliyin aradan qaldırılması istiqamətində tədbirlərə başlayıb.
  Qeyd edək ki, bundan əvvəl torpaq sürüməsi 2010-cu ildə qeydə alınmışdır. Bu səbəbdən kəndin 189 evində yaşayışın mümkünsüzlündən kənd əhalisinin bir hissəsi rayonun Aşağı Atuc kəndi ərazisində salınmış yeni yaşayış massivinə köçürülmüşdü.

Aydın Adıgözəlov,
Quba "İki sahil" üçün