14 aprel 2025 01:40
150

Abşeronda 52 yaşlı kişi öldürülüb

Abşeron rayonunda 52 yaşlı kişi qətlə yetirilib.

“İki sahil” xəbər verir ki, hadisə Fatmayı qəsəbəsində qeydə alınıb.

Mehdiabad qəsəbəsinin sakini İftixar Həşimov tanımadığı biri tərəfindən qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.