15 aprel 2025 13:46
144

Qərar verildi: Özgür Özel Ərdoğana 75 min TL təzminat ödəyəcək

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana 75 min TL (3347 AZN) təzminat ödəyəcək.

“İki sahil” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.

O bildirib ki, CHP sədri 26 aprel 2022-ci ildə Çağlayan Ədliyyəsi qarşısında çıxışı zamanı Ərdoğanı məhkəmə müstəqilliyini pozmaqda ittiham edib. Ankara Regional Ədliyyə Məhkəməsi 25-ci Mülki Dairəsi tərəfindən həmin çıxışına görə CHP sədri ilə bağlı təzminat qərarı qəbul edilib.