16 aprel 2025 14:25
265

Böyük Britaniyada inflyasiyası proqnozlardan aşağıdır

Mart ayında Böyük Britaniyanın istehlak qiymətləri indeksi illik müqayisədə 2,6% artıb.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin aylıq hesabatında bildirilir.

Eyni zamanda, Reuters-in sorğusuna qatılan analitiklər mart ayı inflyasiyasını 2,7% proqnozlaşdırıblar.

Belə ki, istehlak qiymətləri indeksi 3% səviyyəsində olan yanvar ayından davamlı olaraq azalmağa başlayıb. Fevralda inflyasiya 2,8%-ə qədər azalıb. Statistika xidmətinin məlumatına görə, mart ayı göstəricilərinə ən çox yanacağın qiymətinin düşməsi, eləcə də mədəniyyət və əyləncə sektorunda qiymət artımının səngiməsi təsir edib. Mart ayında inflyasiyanın artmasına ən böyük töhfəni geyim və ayaqqabı qiymətlərindəki artım göstərib.

Məlumatlar mayın 8-də keçiriləcək iclasında vəziyyətə görə faiz dərəcələrini aşağı salacağı gözlənilən İngiltərə Bankı tərəfindən yaxından izləniləcək. İngiltərə Bankı mart ayı toplantısında inflyasiyanın artması və Tramp administrasiyasının tarifləri səbəbindən iqtisadi artım və qlobal ticarətlə bağlı qeyri-müəyyənlik gözləntiləri fonunda faiz dərəcələrini 4,5% səviyyəsində saxlayıb.