17 aprel 2025 02:26
193

Miqren tutmalarını necə yüngülləşdirmək olar?

İlk miqren tutması adətən 20 yaşından əvvəl baş verir. Baş ağrısı bir neçə gün davam edə bilər və öz-özünə keçmir. Rusiyalı tibb eksperti Vyaçeslav Novikov miqrenin səbəbləri və simptomlarını necə yüngülləşdirməklə bağlı biliklərini bölüşüb.

Miqrenin ümumi səbəblərinə parlaq günəş, havanın qəfil dəyişməsi, günün uzanması, ağacların və kolların çiçəklənməsi, vitamin və mikroelementlərin çatışmazlığı aiddir.

Miqreni necə müalicə etmək olar?

İlk növbədə “İbuprofen” qəbul etmək məsləhətdir. Siz, həmçinin tərkibində kofein və parasetamol olan analjeziklərdən istifadə edə bilərsiniz. Lakin onların çoxlu yan təsirləri səbəbindən qaçınmaq lazımdır.

Miqrenlə mübarizə aparmaq üçün sağlam həyat tərzi sürməlisiniz: yuxunu normallaşdırın, pəhrizinizi balanslaşdırın və müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olun!

Nubar Süleymanova, “İki sahil”